"Qəbələ mənzərələri" adlı etüd-sərgi

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş YAP Yasamal rayon təşkilatı, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Alban-Udi Dini İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə "Vətənpərvərlik etüdləri" çərçivəsində "Qəbələ mənzərələri" adlı etüd-sərgi və Udi İcması ilə görüş təşkil olundu.
Layihə və etüd rəhbəri Aygün Əzizovanın olduğu 25 nəfərlik rəssam heyəti etüddə iştirak etdi. Öncə etüd iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə önünə tər gül dəstələri qoyuldu, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinə dualar oxundu. Yasamal Rayon Heydər Əliyev mərkəzində baş tutan 100 illik sərgi-müsabiqədə qalib olan rəssamların əsərləri Qəbələ şəhər Heydər Əliyev Mərkəzində sərgiləndi. Etüd iştirakçılarına uğurlar arzuladılar. Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey (Cotari) adına Alban kilsəsi və Müqəddəs Məryam (Bulun) adına Alban Kilsəsi haqqında geniş məlumat verildi. Etüd Müqəddəs Yelisey (Cotari) adına Alban Kilsənin ərazisində baş tutdu. Rəssamlar multikulturalizmin mənbəyi olan Azərbaycanın və Qəbələ şəhərinin gözəlliklərini kətana köçürdülər.
Məktəbin rus bölməsinin 5 “A” sinif şagirdi Teymur Hüseynov də bu tədbirdə iştirak edərək diplomla təltif edildi.