Şagirdin nailiyyəti

Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO - İnternational mathematics olympiad) – məktəbli şagirdlər arasında keçirilən ən qədim və ən mötəbər bilik yarışıdır. Beynəlxalq Riyaziyyat olimpiadası hər il fərqli ölkədə olmaqla təşkil edilir və keçirilir.
Beynəlxalq Riyaziyyat olimpiadasının keçirilməsində əsas məqsəd, istedadlı şagirdlərin aşkar edilməsi, riyaziyyat fənnini dərindən öyrənən şagirdlərin yetişdirilməsi, xüsusi istedad malik olan şagirdlərin öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə şəraitin yaradılmasından ibarətdir.
Məktəbin 9 “Ə” sinif şagirdi Zəhra Rufullayeva bu yarışmada iştirak edərək II yerə layiq görülüb və sertifikatla təltif edilib.
Məktəbin direktoru Səfurə Rəhimova Zəhranı təbrik etdi və yarışma haqqında fikirlərini bölüşdü.