ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə masterclass

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri üçün masterclass keçirilib.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Emin Devrim Kekliyin təqdimatında təşkil edilib.

Müzakirə və praktiki məşğələlər metodları ilə keçirilən masterclassda 200-ə yaxın təhsil işçisi iştirak edib, tədbirin sonunda sertifikasiya mərasimi keçirilib və iştirakçılara sertifikat təqdim olunub. Məktəbin direktor müavinləri Zahidə Əhmədova və Rəhimə Hüseynova da bu təlimdə iştirak edib və sertifikatla təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi