Distant ixtisasartırma təlimləri

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi distant ixtisasartırma təlimləri davam edir.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi distant ixtisasartırma təlimlərinin artıq 9-cu günüdür. Bu müddət ərzində müəllimlər Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri və təhsil hədəfləri ilə tanış olmaqla yanaşı, müasir dövrün dəyişkən tələblərinə uyğun şəxsiyyət yetişdirmək üçün “Şagirdlərdə XXI əsr bacarıqlarını necə inkişaf etdirməli?” mövzusunda müzakirələr aparmış, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan real həyat problemlərinin həll edilməsində STEM əsaslı dərslərin əhəmiyyəti və texnologiyanın rolu haqqında fikir mübadiləsində olmuş və Microbit qurğusundan istifadə etməklə müxtəlif layihələr hazırlamışlar.

Onu da qeyd edək ki, Microsoft Teams platformasında keçirilən distant təlim interaktiv mühitdə keçirilir, müəllimlər müxtəlif təqdimatlar hazırlayır və təqdim edir, simulyasiyalardan istifadə etməklə kodlaşdırdığı məhsulun nəticəsini görür və müzakirələrdə aktiv iştirak edirlər.

Məktəbin müəllimlərindən İlhamə Qələndərova, Ülviyyə Nəsirli, Günay Rəhimova, Esmira Rzayeva və Büllurə Quliyeva Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin əməkdaşı Şəlalə Məhərrəmovanın rəhbərliyi ilə keçirilən STEM-onlayn təliminə qoşulublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi