Gülnarə Musayevanın təqdimatında açıq dərs

5 dekabrda məktəbdə rus  dili və ədəbiyyatı müəllimi Gülnarə Musayevanın təqdimatında 7 “A” sinfində ədəbiyyat fənnindən  açıq dərs keçirildi. Açıq dərsin mövzusu "Matteo Falkone" novellasının təhlili idi. Verilən açıq dərsin müşahidə məqsədi rus dili və ədəbiyyatı fənni üzrə şagirdlərin biliyinin yoxlanması, onların nitq adaptasiyası, keçilən materialın qavranılması və müəllimin yeni tədris metodlarını mənimsəmə texnologiyasının izlənməsi xarakteri daşıyırdı. Dərsi dinləməyə məktəbin direktor müavini Rəhimə Hüseynova və fənn müəllimləri dəvət almışdılar. Keçilmiş biliklərin təkrar olaraq frontal soğrusundan sonra digər mərhələlər üzrə dərs davam etdi. Kurikulum metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin təqdimatları idi.

Sonda müəllim ev tapşırırlqarını verərək qiymətləndirmə apardı. Dərs bitdikdən sonra dərsin müzakirəsi aparıldı, təhlillər edildi. Ümumi nəticə qənaətbəxş oldu, müəllimə verilən öhdəliyi yerinə yetirdiyi üçün təşəkkür və uğurlar arzu edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi