Nailiyyətlərimiz

ATİAHİ müəllimlərimizi fəxri fərmanla təltif etdiXətai rayonu ATİAHİ-ı 264 nömrəli məktəb-liseyin ingilis dili müəllimləri Cəvahir Ağayevanı və Nilufər Atakişiyevanı gənc nəslin təlim-tərbiyəsində göstərdiyi nailiyyətlərə və "2 Fevral Gənclər Günü" münasibəti fəxri fərmanla mükafatlandırmışdır. Müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Monitorinq nəticələrinə görə şagirdlər diplomla təltif olundularBakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin nəticələrinə görə məktəbin VI və VII sinif şagirdləri diplomla təltif olundu . Belə ki, siniflər üzrə ən yüksək bal toplayaraq I, II və III yer tutan şagirdlər məktəbin direktoru Mehriban xanım Mustafayeva tərəfindən diplomla təltif olundular. Şagirdləri təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik.

Məktəbin müəllimi Məryəmxanım Məlikovanın 65 illik yubileyi qeyd olundu03 fevral 2023-cü il tarixində direktor Mehriban Mustafayeva məktəb kollektivi adından rus dili və ədəbiyyat müəllimi Məlikova Məryəmxanım Nazim qızını 65 illik yubileyi münasibəti ilə təbrik etdi. Həmçinin məktəbin müəllimləri tərəfindən M.Məlikovanın uzun illər ərzində 264 nömrəli məktəb-liseydə səmərəli pedaqoji, ictimai fəaliyyəti qeyd edildi.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Rəhmanova Şahmar

Zəhra Tağızadə Fuad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi