Məktəbin müəllimi Telman Rüstəmov Fəxri fərmanla təltif olunduYeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaranmasının 30 illiyi münasibətilə 264 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Telman Rüstəmov rayon təşkilatının həyatında fəal iştirakına görə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tərəfindən Fəxri fərmanla təltif olunub.
Telman müəllimi məktəb rəhbərliyi və müəllim kollektivi adından təbrik edirik.
ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİAzərbaycan Respublikasının Prezidentinin 06 avqust 2013-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri 264 nömrəli məktəb-liseyin informatika müəllimi Əhmədova Mətanət Eldar qızı 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" musabiqəsinin qalibi olmuşdur.
Şagirdimiz Yanqeldina Xədicənin növbəti uğuru264 nömrəli məktəb-liseyin 6 q sinif şagirdi Yanqeldina Xədicə 11.02.2023-cü il tarixində Gənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsinin Gömrükçü İSM-Əhmədli idman təşkilatının təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi(şəxsi yarışlar) +63 kq çəki dərəcəsində I yerə, 12.02.2023-cü il tarixində isə Gənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsinin Əhmədli-İK idman təşkilatının təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi(komanda yarışları) +63 kq çəki dərəcəsində yenidən I yerə layiq görülmüşdür.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->