Nailiyyətlərimiz

"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" devizi ilə 2022-ci ildə keçirilən müsabiqədə I yer tutduğuna görə məktəbimiz Fəxri diplomla təltif olundu         Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva 264 nömrəli məktəb-liseyin Həmkarlar Təşkilatının sədri Turan Salehovanı "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" devizi ilə 2022-ci ildə keçirilən müsabiqədə I yer tutduğuna görə Fəxri diplomla təltif etmişdir.           26 may tarixində keçirilən "28 May-Mustəqilliyimiz əbədidir" adlı tədbirdə qonaq qismində iştirak edən Xətai rayon Həmkarlar İttifaqınin baş məsləhətçisi Hacıyeva Xədicə Habil qızı bu münasibətlə təşkilat tərəfindən məktəbimizə qiymətli hədiyə təqdim etdi.                 Məktəb rəhbərliyini və kollektivi təbrik edir, uğurlarımızın daim zirvələrdə olmasını arzulayırıq. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

Məktəbin şagirdi Tariyel Şərifov şahmat üzrə III yerə layiq görülüb    Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Xətai rayon məktəbliləri arasında keçirilən şahmat turnirində 264 nömrəli məktəb-liseyin şagirdi Şərifov Tariyel oğlanlar arasında fərdi yarışda III yeri tutduğuna görə diplom və medalla təltif olunub.              Tariyeli məktəb rəhbərliyi və müəllimləri adından təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

Məktəbin idmançı şagirdinin yeni uğuruAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında cüdo idman növü üzrə açıq Bakı turnirində 63 kq çəki dərəcəsində məktəbin 9 q sinif şagirdi Hüseynzadə Zəhra III yerə layiq görüldüyü üçün diplom və medalla təltif olunmuşdur.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Gündüz Niftiyev Pərviz

Ramil Rzayev Hümbət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi