Nailiyyətlərimiz

İdmançı şagirdlərimizlə fəxr edirik      Məktəbin 8 q sinif şagirdi, ölkə birincisi Emin Ələkbərli 27 may 2023 -cü il tarixində Polşada keçirilən Kyukuşin Karate idman növü üzrə Avropa çempionatlığında ölkəmizi təmsil etmiş və I yerə layiq görülmüşdür.          Daha bir idmançı şagirdimiz Vahid Tağıyev Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Kyukuşin Karate idman növü üzrə Bakı birinciliyində II yerə layiq görülmüşdür.             Avropa çempionu şagirdimizi və Vahid Tağıyevi məktəb rəhbərliyi və kollektivi adından təbrik edirik. Hər zaman qələbə qazanmağı arzulayırıq. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

Səninlə fəxr edirik         264 nömrəli məktəb-liseyin müxtəlif idman növü üzrə Bakı şəhəri, Respublika, Avropa, Beynəlxalq və s. yarışlarda iştirak edən çempionlarını təqdim etmişdik.                İndi isə məktəb-liseyin 11 d sinif şagirdi Rüstəmov AbdurRəhman Rüstəm oğlu haqqında, onun nail olduğu nailiyyətləri təqdim edirik.         AbdurRəhman Rüstəmov uşaq yaşlarından üzgüçülük idman növü ilə məşğul olur.                     O, 14 yaşında Türkiyənin İstanbul şəhərində Olimpiada üçün keçirilən lisenziya yarışında İdman ustası normativini yerinə yetirən Azərbaycanlı idmançı 20.03.2021 Bakı şəhər çempionu 12.04.2019 13.04.2019 14.04.2019 17.11.2019 Azərbaycan Respublikası çempionu 11.032022 17.06 2022 18.06.2022 19.06.2022 İslam oyunları finalçısı 15.08.2022 Zlatni Orlando (Xorvatiya ,Dubrovnik)yarışının çempionu 11.06.2022 EYOF finalçısı 25.07.2022 Xəzər dalgası Dəniz yarışının qalibi 26.06.2022                  17.04.2023-cü ildə Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş, 1 bürünc medal əldə etmişdir.             12-13 may tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr turnirində I yerə layiq görülmüşdür.                        Məktəb rəhbərliyi və kollektivi adından AbdurRəhmanı təbrik edir, onunla qürur duyuruq. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

Ölkə birincisi Emin Ələkbərli ilə fəxr edirik        264 nömrəli məktəb-liseyin 8 q sinif şagirdi Emin Ələkbərli Azərbaycan Respublikası Karate Federasiyaları Assosiasiyasının Bakı şəhərində Full kontak kyokuşin karate Federasiyasının təşkil etdiyi ölkə birinciliyi üzrə 12-13 yaş arasında keçirilən yarışlarda 40 kq çəki dərərəsində I yerə layiq görülmüşdür.                 Emin Ələkbərlini məktəb rəhbərliyi və kollektivi adından təbrik edirik. Hər zaman qələbə qazanmağı arzulayırıq. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ramil Rzayev Hümmət

Toğrul Məmmədli Hikmət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi