Nailiyyətlərimiz

Qızlardan ibarət Voleybol komandamız III yerə layiq görüldüGənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Voleybol" idman növü üzrə Xətai rayon birinciliyində 264 nömrəli məktəb-liseyin qızlardan ibarət Voleybol komandası III yerə layiq görülmüşdür.

IX sinif şagirdi Amin Qasımovun növbəti uğuru      Məktəb-liseyin 9"A" sinif şagirdi Qurbanov Amin Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi şahmat üzrə Bakı şəhər birinciliyi 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında oyunda iştirak edərək I yerə layiq görülmüşdür.        Qeyd edək ki, Amin oyunlarda dəfələrlə qalibiyyət qazanaraq, yüksək yerlərə layiq görülmüşdür.

Uğura doğru bir addımGənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev" ilinə həsr edilmiş gənclər arasında keçirilən esse müsabiqəsində "İştirakına görə" məktəbin 8-ci sinif şagirdi Fatimə Əsgərova Diplomla təltif olunmuşdur. Şagirdimizi və müəllimi Xalidə Sultanovanı təbrik edir, gələcək fəaliyyətlərində daha da yüksək nəticə qazanmağı arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ramil Rzayev Hümbət

Əlicavad Cavadzadə Kənan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi