HAQQIMIZDA

264 nömrəli məktəb-lisey 1981-ci ildən fəaliyyətə başlayıb.  Məktəb-lisey 1176 yerlikdir, bir korpusdan və 3 mərtəbəli binadan ibarətdir. Prezident İlham Əliyevin sərancamı ilə 2015-ci ildə əsaslı təmir olunmuş və 12.09.2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə məktəbin açılışı olmuşdur.

Məktəb-liseydə 65 sinif otağı, onlardan 9-u tədris sinifləri: fizika, kimya, biologiya kabinetləri , internet şəbəkəsinə qoşulmuş elektron lövhələrlə təchiz olunmuş 6 kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, zəngin kitabxana, bufet, müxtəlif idman avadanlıqları ilə təmin olunmuş idman zalı və akt zal mövcuddur. Məktəb-lisey 5 günlük iş rejimində, 2 növbədə işləyir, təəlis Azərbaycan və rus dilində aparılır. Məktəb-liseyin X-XI sinifləri təmayyül siniflər fəaliyyət göstərir. Məktəb-liseydə 104 müəllim fəaliyyət göstərir və 2027 şagird təhsil alır. Məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotostendlər vurulmuşdur.

Məktəb-lisey 2008-2009-cu tədris ilində ilin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olmuşdur.

Bir məzunumuz qızıl medalla bitirmiş və yüksək balla ali məktəbə qəbul olunmuşdur. Məzunlarımızın əksəriyyəti yüksək balla ali məktəblərə qəbul olunmuşlar. 2020-2021-ci tədris ilində 9 məzunumuz 600 baldan yüksək bal toplamışdır. Məzunlarımız arasında xarici ölkə ali məktəblərində təhsil alanlar,  müxtəlif dövlət və özəl sektorlarda çalışanlar da var.

2022-2023-cü tədris ili üzrə məktəbi 102 nəfər məzun bitirmişdir. Onlardan 88 nəfəri(86%) ali məktəblərə daxil olmuşlar. Ümumilikdə 12 nəfər 500 baldan yüksək bal, 6 nəfər 600 baldan yüksək bal toplamışdır. Məktəb-lisey 11-ci sinif buraxılış imtahanlarının nəticələrinə əsasən Xətai rayon üzrə III yerə layiq görülüb.

Azərbaycanda keçirilən SASMO Olimpiadasında 1 şagirdimiz qızıl, 2 şagirdimiz bürünc medal qazanmışdır.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi  devizi ilə 2022-ci ildə keçirilən müsabiqədə məktəb-lisey I yerə layiq görülmüşdür.

2023-2024-cü tədris ilindən etibarən məktəb-liseydə 3 sinifdə 73 nəfər məktəbəhazırlıq qrupları təhsil alır 

Hər il məktəbin şagirdləri müxtəlif müsabiqə, fənn olimpiadaları, intellektual, hərbi və idman yarışlarında iştirak edərək nəaliyyətlər əldə edirlər. Şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olmuş, diplom və kuboklara sahib olmuşlar. Məktəbimizdə təlim-tərbiyə işi ilə yanaşı məktəbdən kənar tarixi günlər, bayramlar qeyd olunur, fənn aylıqları keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır.

Məktəb kollektivi milli və bəşəri dəyərlər üzərinə qurulan təhsil modelinin reallaşdırılmasının və gənc nəslin nümunəvi vətəndaş kimi formalaşdırılmasının təmin olunması məqsədilə çalışır.

Facebook səhifəmiz  https://www.facebook.com/264-n%C3%B6mr%C9%99li-M%C9%99kt%C9%99b-Lisey-103671248275631

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi