"Narkomaniyaya yox deyək!" adlı rəsm sərgisində fəal iştirak etdiyinə görə məktəbin 7-ci sinif şagirdi Mədinə Vəliyeva sertifikatla təltif edilmişdirYeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş "Narkomaniyaya yox deyək!" adlı rəsm sərgisində fəal iştirak etdiyinə görə məktəbin 7-ci sinif şagirdi Mədinə Vəliyeva sertifikatla təltif edilmişdir.
Məktəb rəhbərliyi və kollektivi adından şagirdimizi təbrik edir, böyük nəaliyyətlər arzulayırıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #YAP #264nömrəliMəktəb-Lisey
Balaca Badmintonçularımız I və II yerə layiq görüldüGənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Nizami rayon könüllüləri arasında "Badminton" üzrə Bakı şəhər turnirində məktəbin 2c və 3b sinif şagirdləri Musayev Fərid I yerə, Musayeva Mədinə II yerə layiq görüldüyunə görə diplomla təltif olunmuşlar.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
Şagirdlərimizin uğuruMəktəbin 7 b sinif şagirdi Nahid Məmmədov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Bakı kəndləri arasında keçirilmiş "Bakı Juniuor Football" mini-futbol turnirində I yer tutduğuna görə medal və diplomla təltif olunmuşdur.
Daha bir şagirdimiz Ruslan Aşırov, Alpman taekvondo klubunun "Buzovna İdman Zalı" MMC-nin təşkilatçılığı ilə "27 sentyabr-Anım Günü"nə həsr olunmuş taekvondo üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Alpman" Taekvondo klubunun açıq birinciliyində uşaqlar arasında 48 kq çəki dərəcəsində I yeri tutduğuna görə medal və diplomla təltif olunmuşdur.
Məktəb rəhbərliyi və kollektivi adından şagirdləri təbrik edirik. Qələbələrinin davamlı olması arzulayırıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->