Şagirdimiz "Təşəkkürnamə" ilə təltif olunduBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsində məktəbin 9 "b" sinif şagirdi böyük həvəs və maraqla müsabiqədə iştirak edərək təşəkkürnamə ilə təltif olunmuşdur.
Şagirdimizi və onlara dəstək göstərən müəllimi təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzu edirik.
KARATE ÜZRƏ DƏFƏLƏRLƏ QALİBİYYƏT QAZANMIŞ FUAD İBRAHİMLİ Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Kontakt karate və İFK kyokushin karate növü üzrə Şağan Olimpiya Kompleksində qətlə yetirilmiş Turan Rüstəmovun xatirəsinə həsr olunmuş Respublika turnirində məktəbin 5c sinif şagirdi Fuad İbrahimli uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında Respublika turnirində 10-11 yaş, 43 kq çəki dərəcəsində iştirak edərək I yerə layiq görülmüşdür. Fuad İbrahimli dəfələrlə yarışlarda iştirak edərək I yerə layiq olmuşdur.
Şagirdimizlə fəxr edirik, gələcəkdə daha böyük uğurlar qazanmağı arzulayırıq!
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey #GənclərvəİdmanNazirliyi
Beynəlxalq Steam Azərbaycan Festivalında məktəbin şagirdi Fərid Dadaşov və Emil Teymurov Dron kateqoriyası üzrə "LOND" komandası təmsil etmiş, II yeri tutaraq GÜMÜŞ MEDALA layiq görülmüşdürBeynəlxalq Steam Azərbaycan Festivalında məktəbin şagirdləri Fərid Dadaşov və Emil Teymurov iştirak etmişdir. Məktəbimizi Dron kateqoriyası üzrə "LOND" komandası təmsil etmiş, II yeri tutaraq GÜMÜŞ MEDALA layiq görülmüşdür.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->