Şagirdimizin uğuru Məktəbin III E sinif şagirdi Toğrul Əli Ruhin oğlu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi Lənkəran Futbol Festivalında iştirak etmiş, komandaları 2-ci yerə layiq görülmüşdür. Qaliblər medal və təşəkkürnamə ilə təltif olunmuşdur.
sertifikatAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 2021-ci ilin 20-21 noyabr tarixlərində keçirilmiş "Uşaq hüquqları" hakatonunda II yer tutduğuna görə 264 nömrəli məktəb-liseyin 8 a sinif şagirdi Aişə İsrafilova medal və sertifikatla təltif olunmuşdur.
Futbol komandamız I yeri tutdu Azərbaycan Respublikası Gənclər və İdman baş idarəsinin təşkil etdiyi "Zəfər Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında futbol üzrə Bakı şəhəri Xətai rayon turnirində 264 nömrəli məktəb-liseyin futbol komandası I yeri tutduğuna görə diplomla təltif olunmuşdur. Sizinlə fəxr edirik! Uğurlarınız bol olsun.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->