Məktəbin şagirdi Əsma Məmmədli informatika fənni üzrə III yerə layiq görüldüAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 2021-2022-ci tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən VII Fənn Müsabiqələrində 264 nömrəli məktəb-liseyin şagirdi Əsma Məmmədli informatika fənni üzrə III yer tutduğuna görə bürunc medal və diplomla təltif olunmuşdur.
SertifikatGənclər və İdman Nazirliyi Xətai rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda keçirilən inşa yazı müsabiqəsində iştirakına görə 264 nömrəli məktəb-liseyin şagirdi Əsgərova Fatimə sertifikatla təltif olunmuşdur.
#GənclərvəİdmanNazirliyi
#264nömrəliməktəb-lisey
#ÜmummilliLider
Məktəbin 7 a sinif şagirdi Ömər Musayev ALPLogo 2022 proqramlaşdırma olimpiadasında II yerə layiq görüldüAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 7-ci sinif şagirdləri arasında keçirilən ALPLogo-2022 proqramlaşdırma olimpiadasında 264 nömrəli məktəb-liseyin 7a sinif şagirdi Ömər Musayev II yerə layiq görülmüşdür.
Öməri və məktəbin informatika müəllimi Xanım Əliyevanı təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzu edirik.
264 nömrəli məktəb-lisey 1981-ci ildən Ətraflı-->