261 nömrəli məktəb-liseydə ekoloji layihə keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 mart 2019-cu il tarixli F-127 nömrəli əmri ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirirnin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasına dair Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilmişdir.Təhsil Nazirliyinin qeyd olunan əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 30.04.2019-cu il tarixli F-202 nömrəli əmr imzalanmışdır.Yuxarıdakıları rəhbər tutaraq məktəb-liseydə biologiya müəllimi Qaraşova Vəfa tərəfindən Ekoloji layihə keçirildi.7с və 7b siniflərində “Plastik qabların təkrar istehsalı” ilə bağlı maarifləndirici seminar keçirildi.Həmçinin seminarda şagirdlər özlərinin plastik qablardan hazırladıqları əşyaları təqdim etdilər.