Bu tədris ilinin fərqlənənləri

İyunun 20-də 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə məktəb-liseyi yüksək nailiyyətlərlə bitirən XI sinif məzunlarına fərqlənmə attestatları təqdim olunub. Məktəb-liseyin direktoru Könül Məmmədli məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edək ki, bu tədris ilində 11-ci sinfi bitirən 77 məzundan 4-ü tam orta təhsili fərqlənmə attestatı ilə başa vurub.