Məzunlara attestatlar təqdim olunub

İyunun 19-da məktəb-liseyin 11-ci sinfini bitirən məzunlara tam orta təhsil haqqında attestatlar təqdim olunub. Qeyd edək ki, bu il məktəb-liseyin 11-ci sinfini 77 şagird bitirib. Onlardan 4 nəfər fərqlənmə nümunəli attestata layiq görülüb. 37 nəfər şagird buraxılış imtahanında mümkün 300 baldan 200-dən yuxarı nəticə göstərib.