STEAM'ool olimpiadasında 2-ci yer

Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən STEAM’ool Olimpiadasının 17 iyun tarixində STEAM İnnovasiya Mərkəzində final mərhələsi və mükafatlandırma mərasimi baş tutub.Olimpiada Azərbaycan məktəbliləri arasında STEAM sahələrinə marağın artırılması və yaradıcı yanaşmanın təşviqi məqsədilə təşkil olunub.Məktəb-liseyin 9-cu sinif şagirdlərindən təşkil olunmuş "SnyapTech" komandası 2-ci yerə layiq görülüb. Komandanın üzvləri Banuçiçək Aslanova, Mədinə Həmidova, İnci İsmayılzadə və Xalis Sadıqlını təbrik edirik.Qeyd edək ki, STEAM'ool olimpiadasında ümumilikdə 4-9-cu siniflər üzrə 223 ümumtəhsil müəssisəsindən 2412 şagird iştirak etmişdir. Final mərhələsinə isə ən yüksək nəticə göstərən 200 şagird vəsiqə qazanmış və yekun imtahanda iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi