Məktəb-lisey təltif edilib.

Milli Olimpiya Komitəsində (MOK) 23 İyun – Beynəlxalq Olimpiya Gününə həsr olunmuş OCEP/OVEP təltifetmə mərasimi keçirilib. Mərasimdə məktəb-lisey təltif edilib.Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinovppa, Fərid Mansurov, baş katib Azər Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Olimpiya çempionları, Atletlər Komissiyasının üzvləri, məktəb direktorları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin rəsmi hissəsində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçıları Olimpiya Günü münasibətilə təbrik edib.Sonra Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib. Azərbaycanda OVEP-in 2024-cü ildən etibarən silsilə və sistemi şəkildə tətbiq olunmağa başlandığı, statistik təhlillərə əsasən, təlimə qatılan müəllimlər arasında ən çox iştirakçının Binəqədi, Sabunçu, Xətai və Suraxanı rayonlarında qeydə alındığı diqqətə çatdırılıb.Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi keçirilib. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi