“18 Oktyabr Müstəqillik günü” ilə əlaqədar məktəb-liseydə tədbir keçirilib

“18 Oktyabr Müstəqillik günü” ilə əlaqədar məktəb-liseydə bir sıra tədbirlər keçirildi. Azərbaycan Respublikasının dövlət himni məktəbin  həyətində şagirdlər tərəfindən oxunduqdan sonra I-XI siniflərdə ilk dərslər  “Müstəqilliyimizin 28-ci ildönümü” nə həsr olundu. Ümummilli liderimiz H.Əliyevin ideyalarını yaşadan şagirdlərimiz bu günün gözəlliyindən söz açaraq əldə edilmiş müstəqilliyi qoruyub saxlayacaqlarina və möhkəmlədəcəklərinə söz verdilər. Məktəbimizin 2 ç və 3ç siniflərinin təşkil etdiyi tədbirlərdə şagirdlər öz çıxışları ilə sübut etdilər ki, itkilər bahasına başa gələn dövlət müstəqilliyi təhlükəyə məruz qalsa da, süquta uğramadı,ulu öndərimizin səyi və bacarığı nəticəsində yaşadı,yaşayır və yaşayacaq. Məktəbimizdə müstəqillik gününə həsr olunmuş fotosərgi və divar qəzetlərinin hazırlanmasında 3b və 3i  sinif şagirdlərinin müstəsna rolu oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi