“İbtidai təhsildə psixoloji çətinliklər və onların həlli yolları" mövzusunda maarifləndirici görüş keçirilib

Məktəb-liseyin psixoloqu Aygün Məhərrəmova tərəfindən sentyabrın 8-də ibtidai sinif müəllimləri üçün “İbtidai təhsildə psixoloji çətinliklər və onların həlli yolları" mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün məqsədi yeni tədris ilində “İbtidai təhsildə psixoloji çətinliklər və onların həlli yolları “haqqında ibtidai sinif müəllimlərini maarifləndirmək və tövsiyələr verməkdir. Görüşdə 16 ibtidai sinif müəllimi iştirak edib. Müəllimlər birinci siniflərin məktəbə adaptasiya edilməsi, hiperaktivlik, disleksiya, disqrafiya, diskaluliya, davranış pozuntuları, psixi inkişafda ləngimə, mutizm haqqında maarifləndirilib, onlara belə uşaqlarla necə rəftar olunması ilə bağlı tövsiyələr verilib. L.İ.Vassermanın "sosial frustrasiya səviyyəsinin diaqnostikası” metodikasından istifadə edilib, alınan nəticəyə uyğun müəllimlərə tövsiyələr verilib.