ICPC dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

3 sentyabr 2025-ci il tarixində Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi baş tutub. Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı, “Kibrit” MMC-nin və Azercellin dəstəyi ilə gerçəkləşib.Tədbirdə 29 şagird müxtəlif yaş qrupları üzrə təltif olunub. 2024/2025-ci tədris ilində məktəb-liseyin 4e sinif şagirdi Orucov Kənan ölkə üzrə III yerin qalibi olmuşdur.“Bebras” müsabiqəsi şagirdlərin gələcəkdə İT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmalarına təkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi