11.09.2025-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.

11.09.2025-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, yüksək nailiyyət göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər. Məktəb-liseyin 650 baldan yuxarı nəticə göstərmiş məzunları: Camal Əliyev, Sadiq Pirverdizadə və Rəsul Nəhmətov fəxri fərman və hədiyyələrlə təltif olunublar.