Yeni tədris ilinin ilk Pedaqoji şura iclası

Sentyabrın 11-də məktəb-liseydə 2025-2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. İclas Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaq uğrunda canından keçən şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəb-liseyin direktoru, pedaqoji şuranın sədri Könül Məmmədli şura üzvlərini salamlayıb, yeni tədris ilində hər kəsə uğurlar arzulayıb. 2025-2026-cı tədris ilində II-XI siniflərdə ilk dərslərin "Konstitusiya və suverenlik ili" mövzusuna həsr olunacağı pedaqoji heyətin nəzərinə çatdırılıb.İclasda ötən tədris ilinin buraxılış imtahanlarının nəticələri, 4-cü və 6-cı siniflərdə aparılan monitorinqin nəticələri, yeni tədris ilinin hədəfləri, pedaqoji dərs bölgüsü, lisey siniflərin təşkili mövzuları müzakirə edilib. Şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə uğurlu iştirakı, buraxılış imtahanı nəticələrinin yüksəldilməsi, şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.