Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilmişdir

10-12 oktyabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində artıq neçə ildir ki, bir ənənəyə çevrilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə ölkənin 150- dən çox təhsil strukturunun təmsil olunduğu sərgidə məktəbimizin 10 “Cvə 10 “Çsinif şagirdləri  sinif rəhbərləri İsmayılova Roza və Süleymanlı İlahə ilə birlikdə iştirak etmişlər. Ölkədaxili və ölkədən kənar ali məktəblərə marağın artması, mövcud təcrübənin öyrənilməsi, təhsil xidmətlərinin təklif edilməsi baxımından mühüm əhəmiyyətə malik olan sərgi təhsilin xüsusi önəm daşıdığını, buna görə də daha irəli getməyin zəruriliyini əyani şəkildə şagirdlərə bir daha göstərdi. Məktəblilər  müxtəlif təhsil strukturlarının, tədris ocaqlarının sərgilədikləri layihələrlə müəyyən qədər tanış oldular.Həmçinin ekspert nümayəndələr tədbir çərçivəsində sərgi auditoriyası ilə “canlı dialoq” formatında müasir təhsil barədə fikirlərini bölüşdülər, “uğurlu gələcək necə olmalıdır?” mövzusunda söhbət etdilər.Sərgini daha da maraqlı edən cəhətlərdən biri də mərkəzdə idman yarışlarının, intellektual oyunların keçirilməsi idi. Məktəblilər arasında keçirilən kəndirdartma və  qol gücü göstərmə yarışında məktəbimizin şagirdləri uğur nümayiş etdirdilər. Belə ki, əvvəlcə səkkiz komanda arasında keçirilən ilk yarışda 10 “Ç sinif şagirdləri Əsgərov Elman, İsmayılzadə Anar və Yusifov Səbuhi finala çıxaraq birinciliyi qazandılar, müxtəlif hədiyyələrlə təltif olundular. Qızlar arasında qol gücü savaşında Nağıyeva Kəmalə bir neçə rəqibinə üstün gələrək ikinci yerə layiq görüldü.“Erasmus” təhsil programı çərçivəsində X “C sinif şagirdləri Vəlizadə Rəvan və Quliyev Əli ingilis dilində intellektual sualların çoxunu cavablandırmaqla diqqəti cəlb edən şagirdlərdən oldular, müxtəlif hədiyyələr qazandılar.Məktəb heyətimiz Bakı Eduekspo Təhsil Sərgisindən xoş təəssüratlarla ayrldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi