”Ölkəmizi tanıyaq”

Ölkə başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən İcra hakimiyyətinin təşkilatçılığı ilə”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın məktəbləri bu aksiyada iştirak etmişlər.Bu layihə nəticəsində şagirdlər Azərbaycanın mədəniyyətini,adət-ənənələrini,tarixini öyrənmişlər…Mən ”Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı Xətai rayon 261№-li məktəb-liseyin IX sinif şagirdi Xalıqova Nazan. Mənimdə ən böyük arzum bu layihədə iştirak etmək idi.Naxçıvan haqqında bir çox məlumatlar eşitmişdim,lakin heç zaman orada olmamışdım.Naxçıvan çoxəsrlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malikolan ən qədim Azərbaycan torpağıdır.Biz bu 3 gün ərzində bir çox məlumatlar öyrəndik.Bu turaksiya çərçivəsində biz şagirdlər Heydər Əliyev abidəsini, Heydər Əliyev muzeyini, ”Xan sarayını”, ”Möminə Xatun türbəsi”,Açıq səma altında muzey kompleksi ilə və bir çox yerlərlə tanış olduq.Bu imkanı bizə yaratdığına görə ölkə başçısı İlham Əliyev cənablarına və əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.Xüsusilə məni bu layihəyə namizəd seçən məktəb rəhbərliyinə və əziz müəllimlərimə təşəkkürümü bildirirəm…
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi