Məktəb-liseydə "Bilik günü" qeyd olunub

16 sentyabr 261 saylı məktəb liseydə valideynlərin, şagirdlərin və məktəb lisey kollektivinin iştirakı ilə “Bilik günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlamış daha sonra çıxış üçün söz məktəb liseyin direktoru Abuzər Əsədova verilmişdir. Direktor öz çıxışında məktəbin 2018-2019-cu tədris ilində məzunların qəbul imtahanlarında göstərdiyi yüksək nəticələrdən bəhs etmisdir.Tədbirdə həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev,Xətai rayon İcra başçısının müavini Etibar Ehmədov iştirak edirdi. Qonaqlarımız da öz növbəsində şagirdlərə və məktəb kollektivinin yeni dərs ilini təbrik etmiş, uğurlar arzulamışlar.Bakı şəhəri üzrə Təhsil İdarəsinin Müdiri Rəşad Tağıyev cənabları öz çıxışında təhsilə göstərilən diqqət və qayğıdan danışmış və Bakı təhsilində qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva çıxış etmiş, çıxışında ötən tədris ilində əldə etdiyimiz yüksək nəticələrdən daha yüksək nəticələr əldə edəcəyimizə inandığını bildirmişdir. Tədbirdə 2018-2019-cu tədris ilində yüksək  bal toplamış məzunlarımız tarix fənni üzrə olimpiadanın respublika turunun final mərhələsinin qalibi, prezident təqaüdcüsü Rufulla Vüqar, prezident təqaüdcüsü Məmmədov Məzahir, Vəliyeva Ləman, Zeynalov Cavidan, Muradova Mehriban tədbirdə çıxış etmiş və etdiyləri nəaliyyətlərə görə məktəb-liseyin kollektivinə minnətdarlıq bildirmişdir.Təhsil nazirliyinin müvafiq əmrinə əsasən 261 nömrəli məktəb liseydə 2019-2020-ci tədris ilinin ilk dərs məşğələləri ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol “X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mözularına həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi