261 nömrəli məktəb-liseyin XI a sinif şagirdi Rufulla Vüqar Ceyhun oğluna qızıl medal verilmişdir

Olimpiadanın Respublika  turunda Tarix fənnindən 2018/2019-cu tədris ilində “Birincilərin birincisi” olmuş və Azərbaycan  Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür.Rufulla Vüqar ceyhun oğlunun buraxılış və qəbul imtahanlarında topladığı bal 677 olmuşdur.8 iyun 2019-cu il tarixdə məktəb-liseyin pedaqoji şurası Rufulla Vüqar Ceyhun oğluna qızıl medal verilməsi barədə qərar qəbul etmişdir.2 avqust 2019-cu il tarixində xüsusi nümunəli attestat və qızıl medal məktəb-liseyin direktoru  tərəfindən Rufulla Vüqar  Ceyhun oğluna təqdim edilmişdir.Məktəb rəhbərliyi və pedaqoji işçilər Rufulla Vüqar Ceyhun oğlunu təbrik edir və həyatda ona daha böyük  uğurlar arzulayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi