14 iyun 261 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilmişdir

14 iyun 261 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilmişdir.Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı.Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Əsədov Abuzər müəllim açmış, daha sonra çıxış üçün söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyevaya, 11a, 11b, 11c siniflərinin sinif rəhbərləri Abbasova Güləndam, Rzayeva Sevil, Heydərova Zenfira müəlliməyə verildi.Birincilər şeirləri ilə 11-ciləri təbrik etdilər.Daha sonra 11-cilər  və valideynləri çıxış edərək öz ürək sözlərini, təbriklərini bildirdilər.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Dəyanət Məmmədov da öz çıxışında 11-cilərin valideynlərini,məktəb kollektivini son zəng münasibətilə təbrik etdi.Daha sonra direktor 2018-2019-cu tədris ilində öz fəaliyyəti ilə fərqlənən şagird və müəllimləri fəxri fərmanla təltif etdi.Məktəbin simvolik “bilik açarı” 2017-2018 həmçinin 2018-2019-cu tədris ilində Tarix fənnindən olimpiadanın Respublika turunun qalibi olmuş, “Birincilərin birincisi” seçilmiş Rufulla Vüqar Ceyhun oğlu 2018-2019-cu tədris ilində “SAT” proqramı üzrə imtahan vermiş və dünyanın 47 universitetinə qəbul olmuş məktəb-liseyin ən intellektual şagirdi Quliyeva Vüsaləyə təqdim etmişdir.Tədbir son zəngin çalınması ilə sona çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi