“SketchUP proqramında ən yaxşı üçölçülü model-2019” Respublika müsabiqəsinin qalibi

8 iyun 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində“SketchUP proqramında ən yaxşı üçölçülü model-2019” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.Tədbirdə BMTK-nin baş direktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri, informatika dərsliyinin müəllifi İsmayıl Sadıqov ,proqramçı Cəmşid Naxçıvanski və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin 9b sinif şagirdi Rzayev Hüseyn bu müsabiqədə IV yerə layiq görülərək ,adını qaliblər siyahısına yazadırmış,diplom və hədiyyələrlə təltif olunmuşdur.Bu münasibətlə Hüseyn Rzayevi və onun informatika müəllimi Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.