“ALPLogo-2019” Proqramlaşdırma Olimpiadasının Respublika turunun qalibləri

8 iyun 2019-cu il tarixində Bakı Modern Təhsil Kompleksində “ALPLogo-2019”proqramlaşdırma olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.Tədbirdə BMTK-nin baş direktoru M.B.Əliyeva, İKT üzrə direktor müavini Gülnarə Səlimova,Bakı Dövlət Universitetinin professoru,şərəf ordenli,informatika dərsliyinin müəllifi Ramin Mahmudzadə,əməkdar müəllim,informatika dərsliyinin müəllifi Naidə İsayeva, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri, informatika dərsliyinin müəllifi İsmayıl Sadıqov ,proqramçı Cəmşid Naxçıvanski və digər hörmətli qonaqlar iştirak etmişdilər.Məktəb-liseyin 6a sinif şagirdi Məmmədov Arifhəmzə(II yer),5d sinif şagirdi Ömər Cabir(III yer) “ALPLogo-2019” proqramlaşdırma olimpiadasının Respublika turunun qalibləri olmuş,diplom, medal və hədiyyələrlə təltif olunmuşlar.Bu münasibətlə şagirdlərimizi ,onların informatika müəllimləri Günay Cəfərova , Aygül Orucovanı təbrik edir,onlara yeni uğurlar diləyirik.