261 nömrəli məktəb-liseydə hərbi idman bayramı təşkil olunmuşdur

31.05.2019-cu il tarixində 261 nömrəli məktəb-liseydə hərbi idman bayramı təşkil olunmuşdur. Hərbi bayramda Xa, Xb və Xc sinifləri arasında hərbi idman oyunları təşkil edilərək şərti düşmənə qarşı taktiki fəndlərin əməli göstərişi olmuşdur. Beləki hücum və müdafiədə şərti düşmənin səngərlərinə qumbaralarla atəş zərbələrinin endirilməsi o cümlədən minalanmış maneəli ərazinin keçilməsi, yaralıların ərazidən təxliyə edilməsi, ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərli ərazinin keçilməsi, fiziki hazırlıq üzrə yarışlarda şagirdlərimiz daha da aktiv olaraq qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirdilər. Bu yarışlarda Xb sinfi- I yer- 94 bal, Xa sinfi- II yer- 93 bal, Xc sinfi- III yer- 89 bala layiq görüldülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi