“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir

261 nömrəli məktəb-liseydə 30-31 May  2019-cu il tarixlərində tədbirlər planı əsasında “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir.  Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq layihənin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.Direktor müavinlərinin müşayiəti ilə valideynlər məktəb-liseyin foesində, dəhlizlərində, yeməkxanasında, akt və idman zallarında olmuşlar. Valideynlərə   2018/2019-cu tədris ilinin  nəticələri ,  İkinci yarımildə aparılacaq böyük summativ qiymətləndirilmənin qaydaları haqda bir daha məlumat verilmişdi. Məktəbin valideyn komitəsinin sədri valideynlər adından çıxış edərək məktəb rəhbərliyinə öz minnətdarlığını bildirmişdi. Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandırılmışdır. . I və II növbədə valideynlər  müxtəlif siniflərdə dərsləri  müşahidə etmişlər. “Valideynin məktəbdə bir günü” layihəsi  şagirdlərin  valideynlər qarşısında konsert proqramı iıə çıxış etməsi ilə başa çatmışdır. Hər zaman olduğu kimi valideynlər məktəb-liseydən xoş təəssüratla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi