“İnsan Hüquqları Günü”-nə həsr edilmiş tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilmişdir.“İnsan Hüquqları Aylığı” ilə əlaqədar məktəb-liseydə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Abuzər Əsədov açaraq “İnsan Hüquqları Günü” barədə geniş məlumat verdi. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini Məhəmməd İbrahimov, Ombusman aparatının hüquq maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və sektorun böyük məsləhətçisi İlahə Əfqanlı iştirak etmişlər. Ombusman aparatı və İnsan Hüquqları haqqında Müqalib Mahmudov geniş məruzə ilə çıxış etmişdir.“İnsan Hüquqları Günü” barədə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış etmişdir.Tədbirdə müəllimlər və VIII-X sinif şagirdləri iştirak etmişlər. “İnsan Hüquqları Günü”-nə həsr edilmiş tədbir yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi