Olimpiadanın respublika turunda qızıl medal alan məzunumuz

Rufulla Vüqar Ceyhun oğlu olimpiadanın respublika turunda tarix fənnindən qızıl medala layiq görülmüşdür. Rufulla Vüqar buraxılış imtahanlarından da yüksək bal toplamışdır. Azərbaycan dilindən 100 bal, riyaziyyatdan 85,4 bal və ingilis dilindən 97,3 bal toplamışdır. Keçən tədris ilində tarix fənnindən olimpiadanın respublika turunda Rufulla Vüqar Ceyhun oğlu birincilərin birincisi olmuşdur. Məktəb-liseyin rəhbərliyi və fənn müəllimləri Rufulla Vüqarı təbrik edir və ona yeni-yeni nailiyyətlər arzulayır.