4d sinfində 9 may-Qələbə Gününə həsr olunmuş “Qəhramanlar unudulmur” adlı təqdimat keçirilmişdir

7may 2019-cu il tarixində Xətai rayonu,İlham Məmmədov adına 261 saylı məktəb-liseyin müəllimi Afaq Qədirovanın təşkilatçılığı ilə 4d sinfində 9 may-Qələbə Gününə həsr olunmuş “Qəhramanlar unudulmur” adlı təqdimat keçirilmişdir.Dərs zamanı Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlı qəhrəmanların xatirəsi yad edilmişdir.Onlarla yanaşı, Qarabağ Müharibəsində şəhid olmuş qəhramanlarımız da xatırlanmışdır.Təqdimat yüksək vətənpərvərlik ruhunda keçirilmişdir.Dərsdən sonra müəllim Afaq Qədirova şagirdlər üçün “N” saylı hərbi hissəyə ekskursiya təşkil etmişdir.Şagirdlər orada əsgərlərimizin nə qədər vətənpərvərlik ruhunda Vətənə xidmət etdiklərini canlı şahidi oldular.Hərbi hissənin polkovniki Ədalət Hacıyev,mayor və zabitlər uşaqlara hərbi hissə haqqında məlumat verdilər.Şagirdlər əsgərlərin şəraiti ilə tanış oldular.Belə tədbirlərin keçirilməsi şagirdlərə vətənpərvərlik ruhu aşılayır,onlara Vətəni daha çox sevdirir.Biz istərdik ki,belə tədbirlər məktəblərdə tez-tez keçirilsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi