Ulu Öndərimiz H.Ə.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Texnologiya fənn gecəsi” keçirilmişdir

07.05.2019-ci il tarixdə Xətai rayonu 261 nömrəli məktəb-liseydə Ulu Öndərimiz H.Ə.Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Texnologiya fənn gecəsi” keçirilmişdir. Bu gecədə Aran TV –nin baş direktoru Şeyda xanım Əzizova , Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin Keyfiyyəti Şöbəsinin nümayəndəsi Xuraman xanım Səlimova ,Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin nümayəndəsi Xatirə xanım Xudiyeva , 261 nömrəli məktəb-liseyin pedaqoji kollektivi iştirak etdilər.Xətai rayonu 261 nömrəli məktəb liseyin texnologiya fənni üzrə metodbirləşmə sədri Zeynəb Ağayeva tədbiri açıq elan edərək qonaqları təqdim etdi .Tədbir şagirdlərin ifasında çox gözəl , rəngarəng səhnəciklərlə , təqdimatlarla, ifa və çıxışlarla davam etdi .Tədbir boyu Ulu Öndər H.Ə.Əliyevin həyatı və Azərbaycan Respublikamızın müstəqilliyinin qorunub saxlanması üçün gördüyü əvəzolunmaz fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirildi. Qrupların təqdimatında bir neçə tapşırıqlar icra olundu. Daha sonra, qrup işləri qiymətləndirildi.Tədbirin sonunda məktəb –liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva gələn qonaqlara minnətdarlıq bildirdi və tədbirin təşkilatçısı Zeynəb Ağayevaya , iştirakçılara , xüsusən də, tədbirin təşkilində fəallıqlarına görə 7 e sinif şagirdlərinə təşəkkür etdi.