"Təhsil ağlın simasıdır" mövzusunda riyaziyyat fənni üzrə olimpiadanın qalibi

Xətai rayonu 261 №-li məktəb-liseyin VI sinif şagirdi Ramazanzadə Nigar Vilayət qızı 5 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsi tərəfindən Dünya məktəbində keçirilən "Təhsil ağlın simasıdır" mövzusunda riyaziyyat fənni üzrə olimpiadada iştirak etmişdir.Olimpiadada paytaxt məktəblərinin VI-VII sinif şagirdləri iştirak etmişlər.Burada məqsəd riyazi məntiqi güclü olan şagirdlərinin müəyyən edilməsidir.Belə ki, Ramazanzadə Nigar I turda 42 bal toplayaraq yüksək nəticə göstərərək II tura vəsiqə qazanmışdır.16 yanvar 2016-cı il tarixində keçirilmiş II mərhələdə də yüksək nəticə göstərərək Olimpiadanın qalibi olaraq II yerə layiq görülmüşdür.Biz inanırıq ki, Nigar gələcəyin ən güclü riyaziyyatçılarından biri olacaq,hər zaman məktəbimizin adını ucaldacaq.Bu uğuruna görə Ramazanzadə Nigarın riyaziyyat müəllimi Məmmədova Lamiə Yasin qızına təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi