Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda konfrans keçirilmişdir.

3 may 2019-cu il tarixdə 261 nömrəli məktəb-liseydə ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə hazırlıq işlərinə 2019-cu il yanvar ayından başlanmışdır. Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş 96 inşa yazılmış, 96 divar qəzeti buraxılmış, Heydər Əliyevə həsr edilmiş 96 kitab sərgilənmiş, 96 şagird və müəllimin əl işləri, 96 rəsm işləri məktəbin foyesində sərgiyə düzülmüşdür. Siniflərdə Heydər Əliyev-96 guşələri təşkil edilmişdir. Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş məktəbin foyesində sərgi 10 aprel-10 may 2019-cu il tarixlərində nümayiş etdirilmişdir.Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş konfransın gündəliyi:1. Heydər Əliyev dühası: dahilik, zaman və müasirlik.Məruzəçi- A. Əsədov 2. Heydər Əliyev nəzəri irsində müəllimlik.  Məruzəçi- Professor, əməkdar müəllim Rüfət Hüseynzadə 3. Heydər Əliyev və mədəni irsimiz Məruzəçi- Xətai rayon mərkəzləşdirilmiş kitabxana sisteminin baş kitabxanaçısı Mərdanova Ağgül 4. Heydər Əliyevə həsr olunmuş, “Sən elə bir zirvəsən” mahnısı xorun ifasında. 5. Əfsər Cavanşirov “Mübarək” mahnısı xorun ifasında. 6. Z. Yaqub “Bir dahi doğulub gəldi dünyaya” şeri söyləyir- 11c sinif şagirdi S. Rzayeva 7. Heydər Əliyev- müasir azərbaycanın qurucusudur. Məruzəçi- 10b sinif şagirdi Səbuhə Yusifova8. Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsində ən böyük azərbaycanlı-Heydər Əliyev nümunəsi Məruzəçi- Fidan Dadaşova 9. Ulu öndər Heydər Əliyev ucalığı Məruzəçi- Xətai rayon İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov 10. Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayişi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi