Məktəb-liseydə “Mülki müdafiə günü” keçirilmişdir.

Məktəbin mülki müdafiə planına əsasən 25 aprel 2019-ci il tarixdə məktəb-liseydə “mülki müdafiə günü” keçirilmişdir.Tədbirə əvvəlcədən ay ərzində hazırlıq görülmüş, keçirilmə planı tərtib olunmuşdur.Planda nəzərdə tutulan tədbirlər əməli icra edilmişdir.Məktəb-liseydə mülki müdafiə günü kollektivin siqnallar üzrə fəaliyyəti, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək bacarıqları həyata keçirilmişdir.Tədbir zamanı ayrı-ayrı siniflərdə müxtəlif mövzularda mülki müdafiə dərsləri keçirilmiş, şagirdlərin sualları cavablandırılmışdır.261 nömrəli məktəb-liseyin mülki müdafiə qərargahının rəisi Svetlana Quliyeva, GÇH müəllimi Rövşən Əzizov və digər heyət üzvləri müxtəlif mövzularda məruzələrlə çıxış etmiş, həmçinin “fövqaladə hallar zamanı davranış qaydaları”nın mənimsənilməsinə dair biliklər yoxlanılmış və bu mövzuya dair film göstərilmişdir.Bununla MM gqüvvələrinin imkanları nümayış etdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi