"Nəsimi poeziyası" adlı tədbir keçirilmişdir

Ölkə  prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və hər il aprel ayının 23-ü “ Oxu günü” nün keçirilməsi ilə əlaqədar olaraq məktəb-liseyin kitabxanasında dahi şair İmadəddin Nəsiminin həyat və yaradıcılıq yolunu işıqlandıran “Nəsimi poeziyası” adlı tədbir təşkil olunmuşdur. Məktəb kitabxanaçıları Minayə Məmmədova, Narın Məmmədova və ədəbiyyat müəllimi İlahə Süleymanlının təşkilatçılığı ilə keçirilən tədbirdə  9 “c” sinif şagirdləri iştirak etmişlər. Nəsiminin həyat və yaradıcılığından, yaydığı hürufilik təlimindən danışan şagirdlər onunla bağlı maraqlı rəvayətləri dilə gətirdilər, şairin müxtəlif qəzəllərini ifa etdilər. Məktəblilərin Nəsimi “dünya”sına dair müxtəlif əl işləri - referat və inşaları, rəsm əsərləri təqdim edildi. Tədbirdə iştirak edən müəllimlər-Səddinur Sultanova, Zeynalova Rəhilə, Nubar Musayeva şagirdlərin çıxışları barədə öz xoş fikirlərini bildirməklə, onlara ölməz şairin həyatı ilə bağlı əlavə faktları, maraqlı fikirləri də çatdırmış oldular, belə bir tədbir üçün İlahə müəlliməyə minnətdarlıq etdilər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi