Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə ekskursiya

“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə aprel ayının əvvəllərindən müxtəlif tədbirlərə, həmçinin ekskursiyalara qoşulan təhsil müəssisələrindən biri də 261 nömrəli məktəb-liseydir. Həmin ekskursiyalardan biri aprel ayının 16-da təşkil edilmişdir. Belə ki, məktəbin 9 c  sinif şagirdləri dil-ədəbiyyat müəllimi Süleymanlı İlahə ilə birlikdə  ” Oxu günü “ həftəsi çərçivəsində Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşlar.Şagirdlər ən qədim zamanlardan müasir  dövrümüzə qədər ədəbiyyatımızın keçmiş olduğu tarixi yolu izləməklə çox şey qazanmış oldular. Qədim əlyazmaların, kitabların, mədəniyyət və incəsənət nümunələrinin, rəsm və heykəltəraşlıq əsərlərinin canlı şahidi olan məktəblilər ədəbiyyat dərslərində qazanmış olduqları nəzəri bilikləri  gördükləri ilə sistemləşdirdilər. Bir çox  şair və yazıçılarımıza həsr olunmmuş lövhələr, sənədlər və şəxsi əşyalarla tanış olan uşaqları  qədim Təbriz, Gəncə, həmçinin Bakı şəhərinin görünüşünü, ənənələrini əks etdirən əsrarəngiz xalça və maketlər xüsusi olaraq cəzb etdi. Şagirdlər onları eksponatlarla tanış edən muzey işçisindən, həmçinin müəllimdən maraqlandıqları müxtəlif suallara cavab istədilər. Sonda xatirə şəkilləri çəkdirən kollektiv muzeydən xoş təəssüratlarla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi