İslami dəyərlərin formalaşması mövzusunda tədbir keçirilmişdir.

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının icrası ilə əlaqədar tədbir keçirilib.1. İslam dininin humanist mahiyyətli, sülh, əmin- amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa şağırış dini olması barədə məktəbin direktoru Abuzər Əsədov məruzə etmişdir.2. Dini fanatizmi, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri barədə Rövşən  Məmmədov məruzə etmişdir.3.İslamın görkəmli şəxsiyyətinin mənəviyyat, vətən təşəbbüsü, elm, təhsil haqqında ibrətamiz fikirləri barədə Vasif Musayev məruzə etmişdir.4. Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi barədə Məhəmməd İbrahimov məruzə etmişdir.5. Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti barədə P. Əliyev məruzə etmişdir.Tədbirdə IX, X və XI sinif şagirdləri iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi