Şagirdimizin uğuru

İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin 5c sinif şagirdi Məmmədova Nəzrin “Mən birinciyəm” qəzeti və “Kəpənək” uşaq jurnalının təşkil etdiyi “Hekayə” müsabiqəsində iştirak etdiyinə görə təsisçi və baş redactor tərəfindən fəxri fərmanla təltif olunub.Yaşıdları arasında xüsusi istedadı ilə  fərqlənən Nəzrin “Ustad” ədəbiyyat və sənət dərgisinin keçirdiyi “Üst ad” yazı müsabiqəsində I yeri tutduğuna gğrə Diplom alıb.Eyni zamanda Nəzrinin yazdığı “Mənim bayrağım” inşası ən diqqətəlayiq olduğu üçün yuxarıda adı çəkilən dərginin “Ustad” adlı kitabında yer alıb.Oxuduğu məktəbin, müəllimlərinin adının doğrultduğuna görə məktəb-liseyin direktoru Abuzər Əsədov, ibtidai sinif müəllimi Nəcibə Hüseynova və sinif rəhbəri Sahibə Əmiraslanova Nəzrini təbrik edərək, ona uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi