Kosmonavtika günü

Məktəbimizdə “12 aprel-kosmonavtika günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirin ilk mərhələsində şagirdlərə kosmonavtika günü haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1961-ci il 12 aprel tarixində ilk dəfə Yuri Qaqarin “Vostok” gəmisində kosmosa uçdu və 108 dəqiqə Yer ətrafında dövr edib uğurla Yerə qayıtmışdır. Şagirdlər öyrəndilər ki, bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Həmçinin kosmosun fəthində xüsusi imzaları olan azərbaycanlıların da fəaliyyətlərindən fəxrlə söhbət açılmışdır. Sovet kosmonavtikasının banilərindən biri kimi Kərim Kərimovun müstəsna fəaliyyəti diqqətə çatdırılmışdır.Tədbirin ikinci mərhələsində isə şagirdlər arasında intellektual yarış keçirilmişdir. Şagirdlər yarışda fəal iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirmişlər.Tədbir şagirdlər tərəfindən maraq və həvəslə qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi