“Narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilmişdir

261 nömrəli məktəb-liseydə 34-cü polis şöbəsinin əməkdaşları ilə birlikdə “Narkotiklərə yox deyək” mövzusunda tədbir keçirilmişdir.“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq aşağıdakı mövzularda mühazirələr oxunmuşdur:1.”Alkoqollu içkilərə,psixotrop maddələrə alidəçiliyin, erkən nigahların ağır fəsadları” mövzusunda polis mayoru Təyyar Süleymanlı məruzə etmişdir.2.”Hüquq pozuntuları,hüquqa zidd hərəkətlər normal və sağlam həyatın pozulmasına aparan uçurumlu yoldur” mövzusunda polis baş leytenantı Leyla Cəfərzadə məruzə etmişdir.Tədbirdə IX-XI sinif şagirdləri iştirak etdilər.Tədbiri məktəb-liseyin direktoru Abuzər Əsədov yekunlaşdıraraq bildirdi ki,belə tədbirlərin keçirilməsinin şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyəti vardır.Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi