"Ordu qrurculuğu, ölkəmizin müdaifə qüdrətinin güclənməsi" mövzusunda tədbir keçirilmişdir

261 nömrəli məktəb-liseyin X-XI sinif şagirdləri arasında keçirilən görüşün qısa məzmunu.Azərbaycan dövləti 18 Oktyabr 1991-ci ildən yarandığı ilk gündən ordu quruculuğuna böyük diqqət ayırmağa başladı.İlk növbədə Ermənistan respublikası ilə sərhədə yaxın ərazilərdə mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə könüllü taborlar və döyüş bridqadaları  tez bir zamanda yaradıldı və separatçı Dağlıq Qarabağ terrorçu erməni-rus birləşmələrinə qarşı aktiv hərbi əməliyyatlara başladı.Uğurlu Ağdərə əməliyyatı keçirilərək qısa zamanda ordumuz Xankəndi şəhəri ərtafındakı Aterk, Çaldıran, Dronbom və Vankulu kəndlərində mövqelərini möhkəmləndirərək sonuncu yaz əməliyyatlarına hazırlaşmağa başladı.Ancaq daxili və xarici düşmənlərimizin səyi nəticəsində orduya edilən təxribat və milli satqınlarımızın hakimiyyətə gəlmək planları Dağlıq Qarabağ üzərində qələbənin üstündən xətt çəkdi və 20% torpaqlarımız düşmən tərəfindən işğala məruz qaldı.Ulu öndər 15 iyun 1993-cü ildə ikinci dəfə Azərbaycana qayıdışından sonra uğurlu Horadiz Əməliyyatı keçırılərək 22 kənd və 1 qəsəbə düşməndən azad olundu.Erməni-rus birləşmələri həmin istiqamətdə dəfələrlə ordumuzun mövqelərinə hücum etsələr də böyük itkilər verərək geri çəkildilər.15 may 1994-cü ildə imzalanan Bişkek sazişi ordu quruculuğunda böyük sıçrayışlara gətirib çıxardı.Azərbaycan qısa zamanda bölgədə ən güclü orduya çevrildi,dünyada ən güclü orduların sırasında 50-ci yerdə qərarlaşdı.Ordumuzun ərzaq,geyim təminatında böyük uğurlara imza atıldı, əsirlərimiz milli yeməklərimizlə bəslənməyə başlandı, geyim və silah-sursatı ən qabaqcıl ordular səviyyəsinə qaldırılıdı.Ordumuzun mənzil-məişət problemləri Ali baş komandan tərəfində xüsusi diqqət ayrılaraq 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçularımıza dövlət hesabına mənzillə təmin edilməsi göstərişini vermişdir.Günü-gündən güclənən ordumuz 2016-cı il "Aprel" döyüşlərində düşmənə vurulan ağır zərbənin nəticələrindən hələ də özünə gələ bilməmişdir.Artıq Ermənistan öz təhlükəsizliyini böyük ölkələrin hesabına qörumağa çalışır.Ordumuzun bu hərbi uğurları X-XI sinif şagirdləri arasında böyük məmnuniyyət və sevinclə qarşılandı və daima ordumuzun qüdrətlənməsindən qürur hissi keçirdiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi