"Xocalı Soyqırımı-XX əsrin faciəsi"

25 fevral 2016- cı il tarixdə Xətai rayonu 261№-li məktəb-liseydə “Xocalı Soyqırımı”nın 24-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.Məkətəbyanı sahədə 24 ağac əkilmiş, Xocalı faciəsinə həsr olunmuş 24 inşa yazılmış,24 divar qəzeti hazırlanmış,24 rəsmnən ibarət sərgi təşkil olunmuşdur. Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar məktəb-liseyin akt zalında ədəbi bədii xatirə gecəsi keçirilmişdir.Tədbirə soyqırımın şahidi olanlar da dəvət olunmuşdur.Tədbirdə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonar məktəb-liseyin direktoru A.H.Əsədov çıxış edərək erməni qəsbkarlarının törətdiyi vəhşiliklər,Xocalının tarixi,ərazisi və şəhidləri ilə əlaqədar məlumat verdi.Məktəblilərin ifasında “Xocalı faciəsi”ndən bəhs edən səhnəciklər göstərildi,şeirlər səsləndirildi.Ardınca tədbir iştirakçılarına “Xoca” filmi nümayiş olundu.26 fevral tarixində məktəb-liseydə ilk dərs “Xocalı Soyqırımı-XX əsrin faciəsi”mövzusuna həsr olunmuşdur.Məktəb-liseyin direktoru A.H.Əsədov və 100 nəfərdən ibarət müəllim şagird kollektivi ”Ana fəryadı”heykəlini ziyarət etmişlər.Kollektiv Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək qərənfillər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi