31 Mart soyqırımına həsr edilmiş tədbir keçirilmişdir.

30 mart 2019-cu il tarixində 261 nömrəli məktəb-liseydə 31 Mart soyqırımına həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru A. Əsədov açaraq 31 Mart soyqırımı haqqında geniş məlumat vermiş və bildirmişdir ki, azərbaycanlıların soyqırımı 200 il ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan qəddar bir siyasətdir. Bakıda, Şamaxıda, Qubada, İrəvanda, Naxçıvanda və digər Azərbaycan torpaqlarında baş vermiş qırğınlar barədə geniş məlumat verilmişdir. Sonra Türkiyə dövlətinin Azərbaycana qardaş köməyindən danışıldı və bildirildi ki, Nuru paşa Gəncəyə, Kazım Qarabəkir paşa öz qoşunu ilə Naxçıvana gəlmiş və erməniləri Azərbaycan torpaqlarından qovub çıxarmışdır.Təlim-tərbiyə işləri üzrə direktor müavini S. Quliyeva Quba qırğını barədə geniş məlumat verdi. Soyqırım qurbanılarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi